Sosial
Gəncədə koronavirusla mübarizə məqsədilə kompleks tədbirlər həyata keçirilir - FOTO
Gəncədə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
Publika.az xəbər verir ki, bu gün şəhərdə gücləndirilmiş dezinfeksiya işləri də baş tutub. Bununla yanaşı Gəncə Şəhər İcra Hakimiyyəti yanında Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları həftə içi bir neçə dəfə maarifləndirici reydlər keçiriblər.
Həyata keçirilən kompleks tədbirlər çərçivəsində Gəncənin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində gücləndirilmiş dezinfeksiya işləri aparılıb. İşlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar.
Gəncənin əsas küçə və prospektləri su çiləyici avtomobillər vasitəsi ilə xüsusi kimyəvi məhlulla yuyulublar. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, habelə yaşayış binalarında, həyət və yaşayış məhəllələrində tibbi-profilaktiki işlər görülüb.
Erməni terroru nəticəsində ziyan görmüş sakinlərin müvəqqəti məskunlaşdığı yataqxanada da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
Mütəmadi olaraq keçirilən maarifləndirici reydlər zamanı mobil qrupların üzvləri iri market, mağaza və apteklərə baş çəkir, bazarlarda olurlar. Onlar sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanır, satıcı və alıcılarla profilaktik söhbət aparırlar. Reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılır, xüsusi karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi vurğulanır.
Bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı 2 metrlik sosial məsafəsinin gözlənilməsinin vacibliyi xatırladılır. İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə söhbət zamanı tibbi maskalardan, həmçinin ictimai nəqliyyat vasitələrində quraşdırılmış dezinfeksiyaedici avadanlıqlardan istifadənin zəruriliyi vurğulanır.
Maarifləndirici reyd və dezinfeksiya işlərinin həyata keçirilməsinə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları yaxından dəstək göstərirlər.
Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər və dezinfeksiya işləri bundan sonra da davam etdiriləcək.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü