5-6 saatlıq iş olsun və... - Həkimdən koronavirusla bağlı UNİKAL TƏKLİFLƏR - - VİDEO
Bizi izləyin

Sosial

5-6 saatlıq iş olsun və... - Həkimdən koronavirusla bağlı UNİKAL TƏKLİFLƏR - - VİDEO

Video əlavə olunub.

xxx

Azərbaycanda COVID-19-a yoluxmanın kəskin artması ilə əlaqədar işçilərin iş saatının azaldılması və onların mütləq əksəriyyətinin onlayn qaydada işləməsi gündəmdədir.

Mövzu ilə bağlı Publika.az-a danışan tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, son günlər ərzində sutkalıq yoluxma sayının 4000-i ötməsi yeni tədbirlərin görülməsini zəruri edir.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən özəl müəssisələrə də işçi sayında 30 faizlik limitin tətbiqi tövsiyə edilsə də, bir çox müəssisələr buna əməl etmir:

"Biz müşahidə edirik ki, bir çox müəssisələrdə bütün işçi heyəti işə gəlir. Bundan başqa, onlar həmişə olduğu kimi adi iş rejimində çalışırlar. Buna görə də təklif edərdim ki, pandemiya dövründə işçilər səhər 9-dan axşam 6-ya kimi - 9 saat deyil, gün ərzində heç olmasa 5-6 saat işləsinlər. Çünki bu, həm işçilərin işə növbə ilə gəlməsinə imkan yarada, həm də bir otaqda olan və gündəlik olaraq bir-biri ilə təmasda olmağa məcbur olan işçilərin sayını azalda bilər. Digər tərəfdən, gün ərzində çox işləmək insanın immunitetini aşağı salır. Gərgin iş saatında işləyənlər üçün isə stress immuniteti aşağı salan ən birinci amil sayıla bilər. İmmunitetin aşağı düşməsi insanları virusa daha tez yoluxdurur".

Hazırkı dövrdə işçilərin məsafədən, yəni onlayn qaydada işləməsinin daha düzgün olduğunu deyən Y.Abdiyeva qeyd edib ki, informasiya texnologiyalarının inkişaf etdiyi dövrdə bunu bəzi sahələr istisna olmaqla, bir çox yerlərdə tətbiq etmək olar.

Mütəxəssis bildirib ki, Azərbaycanda ən yüksək yoluxma sayının qeydə alındığı ərazi Bakı şəhəridir: "Eyni zamanda, iş yerlərinin çoxu da bu şəhərin payına düşür. Buna görə də ilk olaraq Bakı şəhərində işçilərin onlayn qaydada işləməsi təmin edilməli, burada çalışanların iş saatı qısaldılmalıdır".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm