SMS sistemi tətbiq olunacaq? - Xəstəxanalarda yer yoxdur
Bizi izləyin

Sosial

SMS sistemi tətbiq olunacaq? - Xəstəxanalarda yer yoxdur

Yəqin ki, müəyyən sərt tədbirlərin həyata keçirilməsi zərurəti olarsa, dövlət buna gedəcək və SMS sisteminin tətbiqi yenidən aktuallaşacaq. Lakin ayrı-ayrı qonşu ölkələrin, o cümlədən artıq pandemiyanın ilk dalğasından qazanılmış bir təcrübəmiz var.

Bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib. Həkim bildirib ki, koronavirusla bağlı maarifləndirmə işlərinə daha çox yer ayırmaq lazımdır:

“İnsanların karantin davranışlarına əməl etməsi müsbət nəticələr əldə etməyə imkan verir. Amma hər hansı bank və ya idarəyə gedəndə görürsən ki, insanlar maskasız, burnu açıq şəkildə gəzirlər, başqaları da ona xəbərdarlıq etməyə çəkinir ki, birdən əks reaksiya verər. Təəssüf ki, cəmiyyətdə hələ də laqeyd yanaşan insanlar var, bu məsələ öz normal həllini tapmayıb. Biz indiyə qədər karantin davranışlarının insanlara mahiyyətinin nədən ibarət olduğunu və nə qədər zəruri olduğunu izah edə bilməmişik. Maska taxın və onunla düzgün rəftar edin, onları vaxtlı-vaxtında dəyişin. Boğuluram və ürəyim sıxılır bəhanəsi ilə maska çənədə gəzirlər...

Zəfər yürüşündə heç bir məsafə gözləmədən pandemiyanı iqnor etdik, bu gün biz əslində onun nəticələrini yaşayırıq. Koronavirus hava-damcı və nəfəs yolu ilə ötürülən infeksiyadır. Kollektiv yoluxma ehtimalı olan infeksiya ilə bu cür davrananda əlbəttə ki, fəsadları da ağır olacaq. Ən pisi odur ki, virus əlamətləri ilə müayinəyə gələn xəstələr də maskasız gəzirlər. Prosesə bu cür məsuliyyətsiz yanaşan, vətəndaş məsuliyyəti nümayiş etdirməyən insanlar vəziyyətin daha pis hal almasına bilavasitə səbəb olurlar. Artıq biz kollektiv immunitetə doğru gedirik. Həddən ziyadə insan xəstədir, xəstəxanalarda yer yoxdur, hamı evində müalicə olunur”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm