Bu gün xəstəxanalarda 900-dən artıq hərbçimiz müalicə alır - Hikmət Hacıyev
Bizi izləyin

Sosial

Bu gün xəstəxanalarda 900-dən artıq hərbçimiz müalicə alır - Hikmət Hacıyev

Vətəndaşları qaydalara riayət etməyə çağırırıq. Elə insanlar var ki, koronavirus xəstəsi olduğunu bilərək sərbəst şəkildə küçədə gəzir və virusu yayır.

Publika.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, həmin insanlar virusu yüngül keçirə bilərlər, lakin onların yoluxdurduğu insanlar ağır keçirə və hətta həyatını itirə bilər.

H.Hacıyev qeyd edib ki, koronavirus xəstəsi olub evi tərk edən insanlarla bağlı 266 cinayət işi açılıb: "Bu cür cinayətə görə 3 ilə qədər həbs cəzası tətbiq edilə bilər.

Prezidentin köməkçisi vurğulayıb ki, bu gün xəstəxanalarda 900-dən artıq hərbçimiz müalicə alır: “Onların da düzgün müalicə alması və sağlamlığının qorunması üçün qaydalara riayət etməliyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm