• USD 1,7000 0,00% EUR 2,0328 -0,01%
    • GBP 2,3538 +0,62% RUB 0,0223 +0,45%

Son üç ildə əmək müqavilələrinin sayı 25% artıb

Son üç ildə əmək müqavilələrinin sayı 25% artıb

Ölkəmizdə məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında əhəmiyyətli artıma imkan verib.

Publika.az xəbər verir ki, 2018-ci ilin əvvəli ilə müqayisədə 2020-ci ilin 1 dekabr tarixinə əmək müqavilələrinin ümumi sayı 25% (327 min müqavilə) artıb. Onlardan 46%-i (230 minə yaxını) özəl, qalan hissəsi dövlət sektorunun payına düşür.

Ötən dövrdə əməkhaqlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək bazarının inkişafına təkan verən amillər olmaqla, əmək münasibətlərinin leqallaşmasına da müsbət təsirini göstərib.

Əməkhaqlarında ardıcıl artım dinamikası nəticəsində isə qeyd edilən dövrdə əməkhaqqı fondunda 77 % artım (o cümlədən dövlət sektorunda 84%, özəl sektorda 70%) özünü göstərib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR