Sosial
Kafe və restoranların fəaliyyəti ilə bağlı MÜHÜM AÇIQLAMA
Xüsusi karantin rejimində Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə xidmətlə bağlı qaydalar açıqlanıb.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı” müəyyən edilib.
Həmin Siyahıda nəzərdə tutulan fəaliyyət sahələri 2021-ci il 18 yanvar saat 00:00-dək həftənin bütün günlərində fəaliyyət göstərə bilərlər.
Siyahının 5.5-ci bəndinə əsasən ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.
Bu rejimin tətbiqinin əsas məqsədi ictimai iaşə obyektlərində qapalı yerlərdə (zallar, otaqlar və s.) insanların sayının çoxluğu ilə əlaqədar müştəriyə yerində xidmət zamanı virusa yoluxma riskinin qarşısının alınmasıdır.
Bu baxımdan ictimai iaşə obyektlərində əvvəlcədən edilmiş sifarişlərin hər hansı bir məkana və ya xidmət göstərən obyektin qarşısında gözləyən müştəriyə çatdırılması (təqdim edilməsi) qanunvericiliyin tələblərinə uyğundur.
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü