DİN Gəncədəki cərimələnmə ilə bağlı MƏLUMAT YAYDI
Bizi izləyin

Sosial

DİN Gəncədəki cərimələnmə ilə bağlı MƏLUMAT YAYDI

“Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda sürücünün əsassız cərimələnməsi ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.

Bu barədə Publika.az-a DİN Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, dekabr ayının 17-də Emin Əliyev özünəməxsus “KamAZ” markalı yük avtomobili ilə müvafiq icazəsi olmadan hərəkət etdiyi üçün stasionar polis postunda saxlanılıb. Polisin qanunu tələblərinə əməl etməyən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxs barəsində qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 200 manat miqdarında cərimə olunub:

"Vətəndaşın tibbi maska ilə bağlı səsləndirdiyi fikirlər və digər iddialar əsassızdır, həqiqəti əks etdirmir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm