Ruhi Əliyevadan şəhid və qazi ailələrinə dəstək - VİDEO
Bizi izləyin

Sosial

Ruhi Əliyevadan şəhid və qazi ailələrinə dəstək - VİDEO

Bir çox sosial, yardım layihələrinin müəllifi olan iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bütün dünyanı bürümüş COVID-19 virusunun yayıldığı bu dönəmdə, 44 günlük Vətən müharibəsində qələbə qazanan ölkəmizdə öz xeyriyyəçilik missiyasını yerinə yetirib və növbəti sosial dəstək tədbirini gerçəkləşdirib. Ruhi Əliyeva bu dəfə Bakı, Bakıətrafı kəndlər, Sumqayıt və Qobustan daxil olmaqla, 50 şəhid və qazi ailəsini sevindirib.

Publika.az xəbər verir ki, iş xanımı yardım aksiyası ilə bağlı fikirlərini belə izah edib:

“Azərbaycan əsgəri üçün etdiyimiz onların müqəddəs torpağımıza düşən bir damcı qanı və təri üçün bəs etməz. Həmişə çalışmışam ki, əsgərimiz üçün ən yaxşı olanını edim. Onların əziyyəti əvəzolunmazdır. Əsgərimizin gözü arxada, evində qalmamalıdır. Bu səbəbdən şəhid ailələri və qazilərimizlə yanaşı, əsgərlərimizin valideynlərini də unutmamalıyıq. Mən Sizlərə yalnız öz əllərimlə yığdığım sovqatı deyil, eyni zamanda sevgimi, məhəbbətimi və hisslərimi göndərirəm. ƏSGƏRİMİZ QÜRURUMUZDUR!”

İş xanımının bayram sovqatı aksiyası "Əsgərimiz qürurumuzdur" adı altında həyata keçirilib.

Eyni aksiya Ruhi Əliyevanın təşəbbüsü ilə bu günlərdə Tovuzda da gerçəkləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm