“İMZA – Sosial İnkişafa Dəstək İctimai Birliyində YENİ TƏYİNATLAR - FOTO
Bizi izləyin

Sosial

“İMZA – Sosial İnkişafa Dəstək İctimai Birliyində YENİ TƏYİNATLAR - FOTO

“İMZA – Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinatlar olub.

Publika.az xəbər verir ki, “İMZA” – Sosial İnkişafa Dəstək İctimai Birliyindən verilən məlumata əsasən Günel Mammadhasanova birliyin sədr müavini, Elnar Məmmədli Beynəlxalq və İctimai Əlaqələr Departamentinin rəhbəri, Nərgiz Əhmədqızı isə Qərb Regional Nümayəndəliyinin rəhbəri vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin qarşısına qoyduğu əsas məqsəd ilk növbədə Azerbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın genişmiqyaslı,milli və dövləti maraqlarımıza xidmət edən siyasətini təbliğ etməkdən,ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə dəstək verməkdən, o cümlədən də bu qəbildən olan tədbirlərin online platformlarda işıqlandırılmasında yaxından iştirak etməkdən ibarətdir. Dövlətə və dövlətçiliyimizə xidməti fəaliyyətlərində əsas amal hesab edən “İMZA”-çılar həmçinin beynəlxalq aləmdə də Azərbaycan həqiqətlərinin təbliğində yaxından iştirak edirlər və bundan sonra da bu istiqamətdə öz səylərini daha da gücləndirməyi qarşılarına məqsəd qoyublar. Çünki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində işğalçı Ermənistan üzərində qazandığımız tarixi və parlaq qələbə Azərbaycana, xalqımıza, dövlətimizə dünyada çox ciddi nüfuz, hörmət və etibar qazandırıb. “İMZA”-nın gələcək fəaliyyətinin əsas prioritetlərindən biri məhz qalib ölkəmizin dövlət siyasətinin mahiyyətinin, milli-mədəni dəyərlərinin, tarixinin dünyanın dörd bir tərəfində daha da geniş istiqamətli təbliği, tanıdılması olacaq. Bu baxımdan qarşıdan gələn 2021-ci ildə bu planların həyata keçirilməsi üçün “İMZA”-nın bütün kollektivinin, o cümlədən də İctimai Birliyə yeni təyin olunan əməkdaşların üzərinə ciddi məsuliyyət düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm