Şahbaz Quliyev və Dilqəm Əsgərov evə buraxıldı
Bizi izləyin

Sosial

Şahbaz Quliyev və Dilqəm Əsgərov evə buraxıldı

Bu il dekabrın 14-də Ermənistanda girovluğundan azad edilərək Azərbaycana gətirilən Şahbaz Quliyev evə buraxılıb.

Bunu Trend-ə açıqlamasında Ş.Quliyevin qardaşı İlham Quliyev deyib.

Onun sözlərinə görə, Şahbaz Quliyev hazırda Müşfiqabad qəsəbəsindəki evində ailə üzvləri ilə birlikdədir, səhhəti normaldır.

Qeyd edək ki, erməni girovluğundan azad edilən Dilqəm Əsgərov da artıq evə buraxılıb. Bu barədə oğlu Kürdoğlu Əsgərov atası ilə birgə şəklini sosial şəbəkələrdə paylaşaraq bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm