Ölkədə toylara dərhal icazə verilməlidir, yoxsa... - Həkim inanılmaz DETALLARI AÇDI
Bizi izləyin

Sosial

Ölkədə toylara dərhal icazə verilməlidir, yoxsa... - Həkim inanılmaz DETALLARI AÇDI

Ölkədə toyların keçirilməsinə tez bir zamanda icazə verilməlidir. Karantin davranış qaydaları gözlənilməklə toyların keçirilməsinin virusa yoluxma sayına heç bir təsiri olmayacaq.

Publika.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında həkim Qalib Əsədov deyib.

O bildirib ki, ölkədə toy və el şənliklərinin qadağan edilməsi insanların psixoloji travma almasına səbəb ola bilər:

“Toy etmək bütün gənclərin və valideynlərin arzusudur. Bu, həm də xalqımızın mental dəyərlərindəndir. Karantin tədbirlərinin yumşaldılması çərçivəsində kafe-restoranların fəaliyyətinə icazə veriləndə toy keçirilməsinə də icazə vermədilər. Kafe-restoranlara 50 nəfərdən çox insan öz ailə və yaxın dostları ilə gedirdi. Bu səbəbdən mən toyların qadağan edilməsini düzgün qərar kimi qəbul etmirəm.

Hesab edirəm ki, toyların keçirilməsinə 50-100 nəfər olmaq şərtilə, böyük restoranlarda, sosial məsafə saxlamaqla icazə verilməlidir. Bunun virusun yayılmasına heç bir təsiri olmayacaq. Onsuz da toylarda insanların gündəlik ünsiyyətdə olduğu qohum-qardaşlar olacaq”.

Həkim qeyd edib ki, pozitiv emosiya olmayanda insanların beynində neqativ hisslər artır:

“Bu isə aqressiyaya, cinayətkarlığın artmasına və insanlar arasında münasibətin korlanmasına gətirib çıxarır. Hətta sosial şəbəkələrdə də insanların necə aqressiyalı olduğunu görürük. Bunların hamısının səbəbi 1 ilə yaxındır ki, ölkədə toyların, ad günlərinin, milli bayramların təntənə ilə keçirilməsinin qadağan edilməsidir. Bunu qadağan etmək insanlara psixoloji travma verir. Eyni zamanda, genefonda da ciddi ziyan vurur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm