Daha bir körpəyə şəhid olan atasının adı verildi - FOTO
Bizi izləyin

Sosial

Daha bir körpəyə şəhid olan atasının adı verildi - FOTO

Vətən müharibəsi şəhidi Ruslan Qurbanovun oğlan övladı dünyaya gəlib.

Bakıda xəstəxanaların birində dünyaya gələn körpəyə şəhid olan atasının adı verilib.

Körpə bu gün xəstəxanadan evə buraxılıb və şəhidin ailə üzvləri yeni doğulan uşaqla birlikdə yaşadıqları Biləsuvar rayonunun Ağalıkənd kəndinə yola salınıb.

Rayon ictimaiyyətinin nümayəndələri tərəfindən onların təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, körpə Ruslan Qurbanov şəhid Ruslan Qurbanovun ilk övladıdır.

Xatırladaq ki, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanov sentyabrın 27-dən başlayaraq Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Qubada doğulan körpyə də şəhid olan atasının adı qoyulmuşdu.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm