Sosial
Bu şəxslər vaksinasiyaya əvvəlcədən hazırlanmalıdır - Adil Qeybulla
COVID-19 pandemiyasının sona çatması, infeksion zəncirin kaskad şəkildə yayılmasının qarşısının alınması üçün vaksinasiya vacib aksiyadır.
Bu sözləri Publika.az-a açıqlamasında həkim-professor Adil Qeybulla deyib.
O bildirib ki, COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiya mühüm tədbirdir: "Bu gün dünyada onlarla xəstəliyin adını sadalamaq olar ki, vaksinasiya nəticəsində həmin xəstəliklər yoxa çıxıb. Düşünürəm ki, koronavirusla vidalaşmaq üçün də vaksinasiya ən optimal yoldur. Ancaq vətəndaşlarımız vaksinasiya olunduqdan sonra qətiyyən rahatlaşmamalıdır. İnsanlar bundan sonrakı dövrdə də təhlükəsizlik tədbirlərinə, gigiyena qaydalarına əməl etməlidir".
A.Qeybullanın sözlərinə görə, vaksinasiya olunduqdan sonra immunitet formalaşana qədər bütün karantin tədbirlərinə əməl etmək mütləqdir: "İmmunitet ilk vaksinasiyadan 42 gün sonra formalaşır. Bu zaman xəstəliyə qarşı orqanizm davamlı ola bilir.
Vaksinasiyanın müəyyən əks təsirləri də mümkündür. Fəsadlar yüngül allergik reaksiyalardan, vaksinasiya yerində ağrılardan və digər əlamətlərdən ibarətdir. Ciddi reaksiyalara demək olar ki, nadir hallarda təsadüf edilir. Xüsusi allergiyası və nevroloji problemi olan şəxslər vaksinasiyaya əvvəlcədən hazırlanmalıdır".
Akqabay Mıradov
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL