Baş həkim: “Bu vaksinlərin heç bir yan təsiri yoxdur”
Bizi izləyin

Sosial

Baş həkim: “Bu vaksinlərin heç bir yan təsiri yoxdur”

"Mənə elə gəlir ki, televiziya proqramları, internet media gücləri çatan qədər insanları koronavirus əleyhinə vaksinasiya olunmaları üçün maarifləndirməyə çalışırlar. Təbii ki, bunu gücləri çatan qədər edirlər. İlk vaksinasiya biz olacağıq, tibb işçilərini nəzərdə tuturam. Hələ ki, vaksinlər gəlməyib, gələn kimi vaksinasiya olunacağıq".

Bunu Publika.az-a açıqlamasında Novxanı həkim məntəqəsinin baş həkimi Risalə Həsənova vətəndaşlara vaksinasiya olunmaqla bağlı çağırış edərkən deyib. Baş həkim bildirib ki, bu vaksinlərin heç bir yan təsiri yoxdur:

“Yaşadığımız və işlədiyimiz ərazinin əhalisini də maarifləndirəcəyik. Burada qorxulu heç nə yoxdur. Bunu izah etməyə çalışacağıq. Biz də vaksin vurdururuq. İnsanlar bilməlidirlər ki, bu vaksinlərin heç bir yan təsiri yoxdur. Sınaqdan uğurla çıxmış bir peyvənddir. Elə indi də əhalini maarifləndirməyə çalışırıq. Artıq əhali arasında vaksinasiyaya start verilən kimi maarifləndirmə işini daha da sürətləndirəcəyik. Hələ ki, Fatmayı və Novxanıya vaksinlər gəlməyib. Gözləyirik, bu gün gəlməlidir. Artıq vaksinlər ərazilərə paylanmağa başlayıb. Hələ ki, bizə çatdırılmayıb. Müdiri olduğum Novxanı həkim məntəqəsinin tibb işçiləri də peyvənd olunacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm