
Yevlax Şəhər İcra Hakimiyyəti "YAŞAT" Fonduna ianə edib.
Publika.az xəbər verir ki, icra hakimiyyəti və onun strukturlarının əməkdaşları tərəfindən Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” fondu) 35 min manat məbləğində pul vəsaiti köçürülüb.