Azərbaycanda bu xidmətə görə rüsum KƏSKİN AZALDILIR
Bizi izləyin

Sosial

Azərbaycanda bu xidmətə görə rüsum KƏSKİN AZALDILIR

Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilir.

Bunun üçün “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunur.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmasın.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.(report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm