• USD 1,7000 0,00% EUR 2,0697 +0,19%
    • GBP 2,4069 -0,03% RUB 0,0231 +0,87%

Azərbaycanda bu məhkumlar AZADLIĞA BURAXILIR - Nazirlik HƏRƏKƏTƏ KEÇDİ

  • Sosial
  • 25 Yanvar 2021 12:31
  • 1 992 Baxış
Azərbaycanda bu məhkumlar AZADLIĞA BURAXILIR - Nazirlik HƏRƏKƏTƏ KEÇDİ

Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumların azadlığa buraxılması ilə bağlı sənədlər hazırlanır.

Publika.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransılnda Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara müəssisələrdə xüsusi qayğı göstərilir: “30-dan artıq məhkum var ki, onların yaxın qohumları şəhid olub. Onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsi cəzadan azad olunub, 1 nəfərin isə oğlunun dəfn məraisimində iştirak etməsi təmin olunub. İmkan çatdıqca həmin şəxslərin hamısının cəzası azaldılacaq və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüləcək”. (trend)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR