Sosial
AQTA-dan quş əti ilə bağlı bu şəxslərə XƏBƏRDARLIQ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarları Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş quş qripi xəstəliyi ilə bağlı məsələlərdə daha diqqətli olmağa və məsuliyyətlə yanaşmağa, eyni zamanda satış üçün quş əti və digər quşçuluq məhsulları qəbul edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.
Publika.az xəbər verir ki, quş əti və quşçuluq məhsullarının satışı ilə məşğul olan ticarət şəbəkələri quşçuluq məhsulları qəbul edərkən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən baytarlıq şəhadətnaməsi və ya arayış tələb etməlidirlər. Müvafiq sənəd olmadan qəbul edilən məhsul mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsul hesab olunur və özündə risk daşıyır. Belə hallar aşkarlanarsa, ticarət müəssisəsinin rəhbərliyi inzibati məsuliyyət daşıyır və bu kimi halların qarşısı qətiyyətlə alınacaqdır.
Trend-in məlumatına görə, AQTA bəyan edir ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün daxili bazarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların satışı əsas amillərdən biridir və bu istiqamətdə nəzarət tədbirləri mütəmadi olaraq davam etdiriləcəkdir.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO