Məcburi köçkünlər yataqxanadakı mənzillərini satışa çıxarıblar? - Rəsmi AÇIQLAMA
Bizi izləyin

Sosial

Məcburi köçkünlər yataqxanadakı mənzillərini satışa çıxarıblar? - Rəsmi AÇIQLAMA

Ötən gün bəzi telekanallarda Bakıda yataqxanada məskunlaşan məcburi köçkünlərin bu mənzillərini satışa çıxarması ilə bağlı süjet yayımlandı.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yayılan xəbərlərə münasibət bildirib.

Komitənin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu yataqxanaların quruma heç bir aidiyyəti yoxdur:

"Bakı şəhərindəki yataqxanalarda məskunlaşan məcburi köçkünlərin yaşadıqları mənzilləri satışa çıxarması barədə məlumatlar yayılıb. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bu yataqxanaların Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm