Sumqayıt sakinindən narkotik vasitə və silah aşkarlandı
Bizi izləyin

Sosial

Sumqayıt sakinindən narkotik vasitə və silah aşkarlandı

Sumqayıt sakinindən narkotik vasitələr və silah aşkarlanıb.

Publika.az xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Muradov Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində saxlanılıb. Axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Onun yaşadığı evə baxış zamanı 49 qramdan artıq heroin, 19 qramdan çox metamfetamin, iki elektron tərəzi, “Beretta” markalı tapança, patron darağı və 8 patron götürülüb.

Faktla bağlı şəhər polis idarəsində araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm