Azərbaycanda idman zalları açılmalıdır - Fazil Mustafa
Bizi izləyin

Sosial

Azərbaycanda idman zalları açılmalıdır - Fazil Mustafa

Azərbaycanda idman zalları bir ilə yaxındır ki, bağlıdır. Halbuki dünyanın bir çox ölkəsində pandemiya olsa da, idman zalları fəaliyyət göstərir.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib.

O, Nazirlər Kabineti yanında Operativ Qərargahın idman zallarının açılması ilə bağlı qərar verməməsini doğru saymayıb: “İdman zalları açılsa, nə olacaq? Orada yoluxma çoxalacaq? Xeyr”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda bir çox sahələrdə bahalaşma müşahidə olunur, amma bəzi sahələrin fəaliyyətinə hələ də icazə verilmir: “Bu, problemlər yaradır, bir çox sahələr açılmalıdır ki, sahibkarlar işi ilə məşğul olsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm