FHN maarifləndirmə tədbirlərinə başladı - FOTO/VİDEO
Bizi izləyin

Sosial

FHN maarifləndirmə tədbirlərinə başladı - FOTO/VİDEO

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizə xüsusi icazə olmadan səfər edən mülki şəxslər arasında minaya düşərək həlak olan və ya yaralananlar var. Bu cür faciəvi halların baş verməsinin qarşısını almaq və əhalini işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlərdən çəkindirmək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrində maarifləndirmə tədbirlərinə başlanılıb.

Publika.az nazirliyə istinadla xəbər verir ki, Füzuli, Tərtər, Ağdam, Ağcabədi, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrində həyata keçirilən maarifləndirmə tədbirləri zamanı əhaliyə işğaldan azad olunmuş ərazilərdə hazırda minatəmizləmə əməliyyatlarının aparıldığı, bu ərazilərə indiki halda səfərlərin həyati təhlükə daşıdığı, eyni zamanda bu cür qanunsuz səfərlərin hüquqi məsuliyyət yaratdığı izah olunur.

Maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərədə tutulur.

Fövqəladə Hallar Nazirliyi bir daha insanları işğaldan azad olunmuş ərazilərə xüsusi icazə olmadan səfər etməkdən çəkinməyə çağırır, bunun həyat və sağlamlıq üçün təhlükəli olduğunu xatırladır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm