Daha bir hərbçimizin şəhid xəbəri gəldi - Vida mərasimi keçirildi - YENİLƏNDİ/FOTO
Bizi izləyin

Sosial

Daha bir hərbçimizin şəhid xəbəri gəldi - Vida mərasimi keçirildi - YENİLƏNDİ/FOTO

Dünən şəhid olduğu dəqiqləşən və nəşi ailəsinə təhvil verilən Azərbaycan ordusunun kiçik çavuşu Quliyev Əkbər Güləhməd oğlu bu gün dəfn edilib.

Publika.az xəbər verir ki, şəhid hərbçimizlə doğulduğu Neftçala rayonunun Xıllı kəndində vida mərasimi keçirilib. Onun cənazəsi daha sonra Bakıya göndərilib. Şəhid bu gün Bakıda 2-ci Fəxri Xiyabanın ərazisində yerləşən Şəhidlər Xiyabanında dəfn ediləcək.

*****

15 fevral

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin ailəsinə şəhid xəbəri verilib.

Publika.az xəbər verir ki, bu barədə "Telegram" kanalları məlumat yayıb.

Bildirilib ki, sözügedən hərbçi kiçik çavuş Quliyev Əkbər Güləhməd oğludur.

Allah rəhmət etsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm