YAP Qarabağ Dirçəliş Fonduna 500 min manat köçürdü
Bizi izləyin

Sosial

YAP Qarabağ Dirçəliş Fonduna 500 min manat köçürdü

Yeni Azərbaycan Partiyası işğaldan azad edilmiş torpaqlarımızda dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə geniş quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 500 min manat vəsait köçürüb.

Publika.az xəbər verir ki, bu vəsait partiyanın fəal üzvlərinin təşəbbüsü ilə fərdi ianəçilik hesabına formalaşıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası “Qarabağ Azərbaycandır” devizi ilə davam edən kampaniya çərçivəsində, eləcə də, Vətən müharibəsi dövründə Silahlı Qüvvələrə Yardım Fonduna və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış YAŞAT Fonduna ianə edib, cəbhə bölgəsində erməni vandalizminin qurbanına çevrilmiş 500-dən artıq ailəyə humanitar yardım göstərib. YAP tərəfindən, həmçinin, ermənilərin raket zərbələri nəticəsində Gəncə şəhərində evləri dağılmış 13 ailəyə birdəfəlik maddi yardım göstərilib, bu terror nəticəsində valideynlərini itirmiş uşaqlara 18 yaşına çatana qədər aylıq 300 manat məbləğində təqaüd ödənilməsi barədə qərar qəbul edilib. Yeni Azərbaycan Partiyası, Vətən müharibəsi dövründə döyüşən əsgər və zabitlərimizin maddi təminatının daha da gücləndirilməsi, eləcə də, yaralılara göstərilən tibbi xidmətə dəstək istiqamətində də tədqirəlayiq humanitar tədbirlər həyata keçirib.

Bütövlükdə, Yeni Azərbaycan Partiyası tərəfindən bu aksiyalara 455 min manat vəsait sərf edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm