Daha 10 qazi Türkiyəyə müalicəyə göndərildi - FOTO/VİDEO
Bizi izləyin

Sosial

Daha 10 qazi Türkiyəyə müalicəyə göndərildi - FOTO/VİDEO

Dağlıq Qarabağda ağır yaralanan Azərbaycanlı 10 qazi “YAŞAT” Fondu tərəfindən bu gün Türkiyəyə göndərilib.

Publika.az xəbər verir ki, ölkədəki həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

“YAŞAT” Fondu daha əvvəl də üç qazini müalicə üçün Türkiyəyə göndərmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm