Şəhidimizin 2-ci övladı dünyaya gəldi: Öz arzusu ilə körpəyə ad qoyuldu - FOTO
Bizi izləyin

Sosial

Şəhidimizin 2-ci övladı dünyaya gəldi: Öz arzusu ilə körpəyə ad qoyuldu - FOTO

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Emin Ağazadənin 17 fevral 2021-ci il tarixində ikinci qız övladı dünyaya gəlib. Uşağa atasının arzusu ilə Emilya adı verilib.

Publika.az xəbər verir ki, b u gün xəstəxanadan evə yola salınan şəhidimizin övladını xəstəxana önündə İsmayıllı Rayon İcra Hakimiyyətinin , İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və “Yaşat“ Fondunun əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, Emin Ağazadə İsmayıllı rayon Kürdmaşı kəndində anadan olub. Könüllü olaraq Vətən müharibəsinə qatılan Emin Ağazadə 25 oktyabr 2020-ci il tarixdə Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, doğulduğu Kürdmaşı kəndində torpağa tapşırılıb.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Emin Ağazadə ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad edilməsi uğrunda” medalları ilə təltif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm