Sosial
FHN yanında İctimai Şuraya seçkilər keçiriləcək
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarına əsasən, Nazirlik yanında yaradılacaq İctimai Şuraya seçkilərin keçirilməsini elan edir.
İctimai Şuraya vətəndaş cəmiyyəti institutlarının seçkidə iştirak barədə müraciətləri 26 fevral 2021-ci ilin tarixindən 03 aprel 2021-ci il tarixinədək edilə bilər.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şurada üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası
Namizədlərə dair tələblər
- İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, fövqəladə hallar sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;
- hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər;
- İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.
Namizədlərin qeydiyyatı
Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;
3. namizədin tərcümeyi-halı;
4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;
5. namizədin fövqəladə hallar sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) surəti.
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.
Seçicilərə dair tələblər
- İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;
- İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu iki təmsilçisinin namizədliyini irəli sürməlidir;
- Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.
Seçicilərin qeydiyyatı
Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət;
2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;
3. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;
4. vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin surəti.
Sənədlərin qəbulu və baxılması
Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin əmri ilə yaradılmış seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər elektron formada ([email protected]) elektron poçt ünvanına göndərilməlidir.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək