Nida Xəbər
Azad olunan Qarabağ moldovalı jurnalistlərin gözü ilə
Moldovanın nüfuzlu “noi.md” xəbər portalında “Azad olunan Qarabağ moldovalı jurnalistlərin gözü ilə” sərlövhəli məqalə dərc edilib.
Publika.az xəbər verir ki, məqalədə bu günlərdə Azərbaycanda səfərdə olan xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərdə olduğu qeyd edilib. Bildirilir ki, xarici jurnalistlər gözəl Qarabağ diyarının ermənilər tərəfindən necə dağıdıldığının, məhv edildiyinin şahidi olublar. Tarixi, dini və mədəni abidələrin məhv edilməsi, meşələrin qırılmasını gözləri ilə görüblər. Ağdam şəhərinin ermənilər tərəfindən tamamilə məhv edildiyini müşahidə ediblər. Mütəxəssislər, erməni işğalının nəticələrini Xirosimadakı atom bombasının partlaması ilə müqayisə edirlər. Məqalədə qeyd olunur ki, bütün təhlükələrə rəğmən Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsi təqdim olunmur.
Məqalədə bütün bunlara baxmayaraq, artıq Füzuli rayonunda böyük infrastruktur layihələrə başlandığı, o cümlədən beynəlxalq hava limanının, magistral yolların tikildiyi də vurğulanır.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır