Sosial
Qazi və şəhid ailələrinin evinə qaz verildi - VİDEO
Ötən il dekabrın 15-dən 2021-ci il fevral ayının sonunadək 1-ci Qarabağ və Vətən Müharibəsinin iştirakşısı olan qazilərin, şəhid ailələrinin “Azəriqaz” İstehsalat Birliyinə 31 müraciəti daxil olub.
Birlikdən Publika.az-a bildirilib ki, bunlar yalnız Birliyin Təmir-Tikinti İdarəsinin həyata keçirəcəyi işlərin siyahısıdır. Bundan başqa Regional qaz istismarı İdarələri də 8 bölgə üzrə onlarla eyni təbəqədən olan insanların müraciətlərinin icrasını tənzimləməkdədir. Bu igid övladlardan bir neçəsinin qəhrəmanlıq hekayəsini də nəzərdən keçirək.
Elgün Muradov və atası Nəriman Muradov torpaqlarımızın azadlığı uğrunda döyüşən cəsur döyüşçülər olublar. Oğul 2020-ci il sentyabrın 27-də başlanılan Vətən Müharibəsinin, ata isə 1-ci Qarabağ Müharibənin iştirakçısı olub. Hər ikisi vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmaqdan fəxr hissi keçirdiklərini deyirlər. Elgün Muradov Vətən Müharibəsində Qubadlı, Zəngilan, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında şücaət göstərib. Onun atası Nəriman Muradov isə 1-ci Qarabağ Müharibəsində 1992-ci ildə Ağdərə, Tərtər, Qırmızıkənd istiqamətində döyüşüb.
Onlar Abşeron rayonu, Yeni Mehdiabad yaşayış massivindəki fərdi yaşayış evlərində təbii qazın olmadığı barədə “Azəriqaz” İB-yə müraciət ediblər. Qazilərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrinin müraciətlərinə diqqət göstərən Birlik bu müraciətə də həssaslıqla yanaşıb. Qısa müddət ərzində sözügedən yerdə qazlaşdırma işləri həyata keçirilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!