Sosial
Ölkədə işləyən qadınların çoxu bu yaşda olanlardır - Nazirlik
Bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar öz əməyi ilə respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına öz dəyərli töhfələrini verirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, hazırda Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 44%-i qadınlarla bağlanan əmək müqavilələrinə aiddir.
Altsistemin məlumatlarına görə, əmək müqaviləsi əsasında işləyən vətəndaşların təhsil pilləsi üzrə bölgüsündə ali təhsilli şəxslərin 46%-i, ümumi təhsilli şəxslərin 37%-i, orta ixtisas təhsilli şəxslərin 55%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24%-i qadınlardan ibarətdir.
“Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlara əsasən işləyən qadınların 16%-i 16-30 yaşlarında, 27%-i 31-40 yaşlarında, 23%-i 41-50 yaşlarında, 24%-i 51-60 yaşlarında, 10%-i isə 61 yaşdan yuxarı olanlardır.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR







.jpg)
.jpg)







.jpg)




















