Şəhidin evi qazla təmin edildi
Bizi izləyin

Sosial

Şəhidin evi qazla təmin edildi

“Azəriqaz” İstehsalat Birliyi Vətən Müharibəsinin iştirakçısı olan qazilərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid ailələrinin qaz təsərrüfatına dair müraciətlərini diqqətdə saxlayır. Belə müraciətlərdən biri də Siyəzən rayonunun Balaca Həmyə kəndindən ünvanlanıb.

Publika.az "Azəriqaz"a istinadən xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri Ağali Ağayev Vətən Müharibəsində cəsarətlə döyüşüb. Vətənin hər qarış torpağını geri qaytarmaq üçün içdiyi anda sadiq qalan igid övladlarımızdan biri kimi tarix yazıb. Canından keçib, son damla qanı da uğrunda döyüşdüyü torpağa düşüb. Ağali Ağayev kəşfiyyatçı olub. Yaddaşımızda bu igid vətən övladı qorxmaz, cəsur və əsl vətənpərvərliyi ilə yaşayacaq. Vətən Müharibəsi zamanı böyük şücaət göstərib, özü yaralı olsa da, neçə-neçə yaralı və şəhid hərbçilərimizi döyüş meydanından çıxarıb. Ağali dövlət başçısının sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə” görə medalları ilə təltif edilib.

Onun doğulub boya-başa çatdığı Siyəzən rayonunun Balaca Həmyə kəndində valideynləri Ağali üçün yeni ev də inşa etdirmişdilər. Onun ölümündən sonra ruhu şad olsun deyə, valideynləri evi boş qoymayıb, özləri burda yaşayır. Fərdi yaşayış evində təbii qazın olmaması çətinlik yaradırdı. Məhz bununla bağlı şəhid ailəsi “Azəriqaz” İB-yə müraciət edib. Bu müraciət də cavabsız qalmayıb. Qısa müddət ərzində şəhidin ailəsinin yaşadığı fərdi yaşayış evi təbii qazla təmin edilib.

Daha ətraflı video materialdan izləyə bilərsiz :

https://youtu.be/gOBQD79aCtk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm