"Azəriqaz" AÇIQLADI: 10 gün ərzində SMS bildirişlər göndəriləcək
Bizi izləyin

Sosial

"Azəriqaz" AÇIQLADI: 10 gün ərzində SMS bildirişlər göndəriləcək

“Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında hər hansı bir səbəbdən dayandırma olarsa, bu barədə məlumatları abonentlərə SMS bildiriş formasında göndərməyi planlaşdırır.

Publika.az xəbər verir ki, hal-hazırda bu istiqamətdə Birliyin müvafiq strukturlarında proqramlaşdırma işləri icra edilməkdədir. Qaz sızması, qəzalar, təmir-tikinti, yeni yaşayış məntəqəsi və yeni tikililərin şəbəkəyə qoşulması və digər hallarda işlərin görülməsi üçün qaz təchizatında müvəqqəti fasilənin olması zəruridir. Bu halda abonentlərin əvvəlcədən daha operativ məlumatlandırılması üçün SMS bildirişlərin göndərilməsi məqbul sayılıb. Bu proses pilot layihə olaraq ilkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasına daxil olan 12 inzibati rayonda reallaşdırılacaq. Daha sonra bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qaz təchizatında dayandırmalara dair SMS bildirişlərin göndərilməsinə yaxın 10 gün ərzində start veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm