2695 şəhid ailəsinə 44 milyon manatdan çox sığorta ödənişi edilib - Əli Əsədov
Bizi izləyin

Sosial

2695 şəhid ailəsinə 44 milyon manatdan çox sığorta ödənişi edilib - Əli Əsədov

Ötən il Azərbaycanda bütün sosial ödənişlər tam və vaxtında həyata keçirilib. Pensiya məbləği orta hesabla 13 faiz artıb.

Publika.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin diqqətində olub və Prezident tərəfindən bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalanıb.

Baş nazir qeyd edib ki, 44 günlük Vətən müharibəsində şəhid olan 2881 nəfərdən 2695-nin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişi edilib və bu proses gündəlik olaraq dövlətin nəzarətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm