• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Novruzda qapanmalarla bağlı daha bir AÇIQLAMA: Əgər...

  • Sosial
  • 17 Mart 2021 18:16
  • 1 544 Baxış
Novruzda qapanmalarla bağlı daha bir AÇIQLAMA: Əgər...

Azərbaycanda Britaniya ştammı təhlükəsi Novruz bayramı öncəsi yenidən sərt karantin rejiminin tətbiqi məsələsini gündəmə gətirib.

Üstəlik, son günlər yoluxma və virusdan ölüm hallarının artması karantinin sərtləşdirilməsi məsələsini aktual müzakirə mövzusuna çevirib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Publika.az-a açıqlamasında söyləyib ki, Britaniya ştammı çox yoluxucudur, amma onun öldürücülük xüsusiyyəti koronavirusun digər ştammlarından xüsusilə fərqlənmir:

“Bütün bunlara baxmayaraq, epidemioloji vəziyyətin pisləşməsi müşahidə edilə bilər. Ona görə də insanların karantin davranışlarını gözləməsi mühüm şərtdir. Xüsusilə də bayram vaxtları bir-birinə qonaq gedəndə, mağazada sıraya düzüləndə qapalı mühitdə karantin qaydalarına ciddi əməl etmək lazımdır. Əks halda epidemioloji vəziyyət pisləşə bilər. Əgər bu pisləşmə müşahidə olunsa, əlbəttə, dövlətin müvafiq qurumları da karantin qaydalarını sərtləşdirə bilər. Yəni, bizim davranışlarımızdan çox şey asılıdır”.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR