Sosial
“Azəriqaz” abonentlərə SMS göndərir
Mart ayının 17-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında hər hansı bir səbəbdən baş verən müvəqqəti fasilələrlə bağlı məlumatları SMS bildirişlər şəklində abonentlərə göndərməyə başlayıb.
Publika.az xəbər verir ki, bu proses pilot layihə olaraq ilkin mərhələdə 12 inzibati rayonu əhatə edir. Bura Bakı şəhərinə daxil olan 11 rayon və Abşeron rayonu aid edilir. Məsələn, bu gün Nərimanov rayonunda həyata keçirilən təmir işlərinə dair məlumat həmin ərazidə yaşayan abonentlərin bazada mövcud olan mobil nömrələrinə SMS formasında çatdırılıb. Bundan başqa Xəzər rayonu, Şüvalan qəsəbəsində də görülən işlərlə bağlı müvəqqəti fasilə barədə SMS bildiriş abonentlərə təqdim edilib.
Qeyd edək ki, SMS bildirişlər mahiyyət etibarı ilə də fərqlənir. Bildiriş mətnində qaz təchizatının hansı səbəbdən dayandırıldığı öz əksini tapır. Məsələn, müvəqqəti fasilə qaz sızması, təmir-tikinti, qəza və ya yeni qaz xəttinin şəbəkəyə qoşulması səbəbindən yarana bilər. “Azəriqaz” İstehsalat Birliyi pilot layihənin nəticələrini analiz etdikdən sonra proqram təminatında təkmilləşmə işləri aparmaqla gələcəkdə SMS bildirişlərin ölkə üzrə abonentlərə göndərilməsini nəzərdə tutur.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq










.png)





















