Bu, milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır - Məlahət İbrahimqızı
Bizi izləyin

Sosial

Bu, milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır - Məlahət İbrahimqızı

“Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı dövlət başçısının milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır. Bu əfv sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir”.

Bunu Publika.az-a millət vəkili Məlahət İbrahimqızı ölkə başçısı İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamına münasibət bildirərkən söyləyib.

Millət vəkili deyib ki, dövlət başçısı humanizm prinsiplərinə əsaslanaraq, məhkum edilmiş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alıb:

“Sərəncam ümumilikdə 625 məhkuma şamil edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub. 98 məhkumun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 nəfərin cəzası 25 ilə endirilib. 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub. Bu, Novruz Bayramı ərəfəsində minlərlə ailənin, on minlərlə insanın sevinci deməkdir. Cəzaçəkmə müəssisələrində saxlanılan 475 məhbus bu bayramı öz ailəsi ilə birlikdə keçirəcək. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımına yüksək dəyər verir. Bu, eyni zamanda həm ictimai, həm milli, həm də siyasi həmrəyliyi gücləndirir. Əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır. Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm