Bu sərəncam milli birliyin möhkəmlənməsinə xidmət edir - Deputat
Bizi izləyin

Sosial

Bu sərəncam milli birliyin möhkəmlənməsinə xidmət edir - Deputat

“Prezident İlham Əliyevin “məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı növbəti sərəncam Azərbaycan cəmiyyəti tərəfindən müsbət qarşılandı. Sərəncamın, hər bir azərbaycanlının sevimli bayramı, Novruz bayramı ərəfəsində verilməsi yüzlərlə ailənin sevincinə səbəb olmaqla bərabər, ölkə başçısının hər zaman humanizm dəyərlərinə sadiqliyinin göstəricisidir”.

Bunu Publika.az-a açıqlamasından millət vəkili Nəsib Məhəməliyev deyib.

Millət vəkili söyləyib ki, bundan əvvəl də cənab Prezident tərəfindən əfv sərəncamları verilib:

“Əfv sərəncamlarından başqa 1-ci vise-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə amnistiya qanunları qəbul olunub. Nəticədə bir dəfə qanunları pozmuş minlərlə vətəndaş azadlığa qovuşub. Yəni, Azərbaycan hakimiyyəti cinayət törətmiş insanları qanuna müvafiq şəkildə cəzalandırmaqla bərabər, islah olunmağa meyilli, cəzasının müəyyən hissəsini çəkmiş vətəndaşlara normal həyata qayıtmaq şansı verir”.

Nəsib Məhəməliyevin sözlərinə görə, bu da dövlətin apardığı humanist siyasətin, öz vətəndaşına qayğısının bariz nümunəsidir: “Nəticə etibarilə Dövlət Başçısı tərəfindən əfv sərəncamlarının verilməsi, Azərbaycan cəmiyyətində milli birliyin, həmrəyliyin daha da möhkəmlənməsinə istiqamətlənən bir addım kimi qiymətləndirilir”.

Qeyd edək ki, prezidentin imzaladığı sərəncam ümumilikdə 625 məhkuma şamil edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub. 98-nin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 nəfərin cəzası 25 ilə endirilib. 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm