Əfvin böyük bir önəmi onunla bağlıdır ki... – Partiya sədri
Bizi izləyin

Sosial

Əfvin böyük bir önəmi onunla bağlıdır ki... – Partiya sədri

“Prezidentin imzaladığı əfv sərəncamı ilk növbədə Azərbaycan dövlətinin humanist mahiyyətini dünyaya nümayiş etdirir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə deyib.

Millət vəkili bildirib ki, bu sərəncamın böyük önəmi də var: “Bu əfv sərəncamının Novruz bayramı ərəfəsində olduğuna görə, bir məsələni də xüsusi qeyd etmək istərdim ki, bu humanizm Azərbaycan xalqının milli-mənəvi dəyərlərin, tarixə əsaslanır. Bu əfvin böyük bir önəmi onunla bağlıdır ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsindən sonra biz yenə də öz humanist və milli-mənəvi dəyərlərimizə arxalanan dövlətimizə güvənirik. Azərbaycan dövləti növbəti dəfə öz humanizmini Prezidentin əfv sərəncamı ilə nümayiş etdirdi”.

Qeyd edək ki, prezidentin imzaladığı sərəncam ümumilikdə 625 məhkuma şamil edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub. 98-nin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 nəfərin cəzası 25 ilə endirilib. 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm