Onlar da biləcəklər ki, bu dövlətə qulluq eləmək lazımdır - Deputat
Bizi izləyin

Sosial

Onlar da biləcəklər ki, bu dövlətə qulluq eləmək lazımdır - Deputat

“Dövlət başçısı İlham Əliyev cənablarının növbəti əfv sərəncamı minlərlə ailələri sevindirdi. Bu təkcə sevinc deyil, eyni zamanda, ölkə başçısının öz xalqına olan dərin ehtiramıdır. Əminəm ki, həbs həyatı yaşayan bu insanlar həyatın şirinliyinin nə olduğunu bu illər ərzində dərk etdilər. Eyni zamanda, onların əksəriyyəti azad olunmalarını, evlərinə dönmələrini səbrsizliklə gözləyirdilər”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Anar İsgəndərli deyib. Millət vəkili bildirib ki, dövlət başçısının böyüklüyü orasındadır ki, bu azadlığı - onların evlərinə, ailələrinə qovuşmalarını bir az da sürətləndirdi:

“Təbii ki, bu demokratik dövlətlərə məxsus bir qaydadır. Azərbaycan da demokratik bir ölkə olduğuna görə, dövlət başçısı növbəti əfv sərəncamını imzaladı. Azadlığa çıxan həmin məhbuslar da bu bayram günlərində öz ailələrinə qovuşdular. Bu insanlar azadlığa çıxarkən şahidi oldular ki, ölkəmiz və xalqımız qalibdir. Əminəm ki, onlar da bu düşüncədən nəticə çıxaracaqlar. Gələcək həyatlarına müsbət təsir göstərəcək istiqaməti seçəcəklər. Eyni zamanda, övladları da bundan nəticə çıxaracaqlar”.

Deputatən fikrincə, onlar da biləcəklər ki, bu dövlətə qulluq eləmək, bu dövlətin qədrini bilmək, bu torpağı sevmək lazımdır:

“3000 minə qədər bizim insanlarımız bu Vətən uğrunda şəhid oldular, amma torpaqlarımızı azad etdilər. Mənə elə gəlir ki, bu da növbəti bir dərsdir. İbrətamiz bir tarixdir. Biri cinayət törədib həbsxanaya düşür, biri isə canından keçərək torpağını azad edir. Mənə elə gəlir ki, Azərbaycanın dövlət başçısının bu humanist addımı Azərbaycanda xalq və hakimiyyət arasında olan münasibətləri bir az da səmimiləşdirəcək. Necə ki, Azərbaycandakı siyasi partiyaların böyük əksəriyyəti dəmir yumruq ətrafında birləşərək ölkəmizə qələbə qazandıra bildilər, Vətənimizin haqq işini müdafiə etdilər, əminəm ki, əfv sərəncamından sonra azadlığa çıxan bu insanlar da həmin yolla gedəcəklər. Həmin yol da xalqımıza, cəmiyyətimizə xeyir gətirəcək”.

Qeyd edək ki, prezidentin imzaladığı sərəncam ümumilikdə 625 məhkuma şamil edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub. 98-nin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 nəfərin cəzası 25 ilə endirilib. 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm