Nazirlikdən uşaq bağçaları ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Sosial

Nazirlikdən uşaq bağçaları ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyinin bugünkü qərarında aprelin 5-də yalnız Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin olması məsələsi yer alıb.

Nazirliyin məlumatında məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) bağlanması qeyd olunmayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Report”a açıqlamasında uşaq bağçalarının fəaliyyətinin davam etdirəcəyini bildirib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm