Sosial
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
Sahibkarlıq sahəsində su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməyəcək.
Publika.az xəbər verir ki, bununla bağlı qanuna dəyişiklik edilir. Belə ki, Milli Məclisin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş) daxil edilib.
Diqqətə çatdırılıb ki, təklif olunan dəyişikliklər sahibkarlıq sahələrinə xidmət edən inhisarçı dövlət şirkətlərinin fəaliyyətini tənzimləyəcək, bu sahədə dövlət nəzarətini gücləndirəcək və sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələri aradan qaldıracaq.
Dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO