İlham Rəhimov "Təzadlar"ı təbrik etdi
Bizi izləyin

Sosial

İlham Rəhimov "Təzadlar"ı təbrik etdi

Bu gün "Təzadlar" qəzetinin ilk sayının çapdan çıxmasının 28 ili tamam olur. Bu 28 ildə "Təzadlar" qəzeti kifayət qədər uzun və şərəfli bir yol qət edib, müstəqil Azərbaycanın mətbuat tarixində xüsusi rolu, çəkisi var. Bu qəzet bütün fəaliyyəti dövründə geniş oxucu kütləsinin rəğbətini qazanmağı bacarıb, Azərbaycan dövlətçiliyinin qorunmasında, təbliğ olunmasında daim öndə olub.

"Təzadlar" qəzeti təsis olunduğu gündən bu günə kimi mən bu qəzetin Redaksiya Heyətinin üzvüyəm. Ona görə, əminliklə deyə bilərəm ki, ölkəmizdə və cəmiyyətimizdə baş verən hadisələr "Təzadlar" qəzetinin səhifələrində geniş və obyektiv şəkildə işıqlandırılır. Azərbaycanda nəşr olunan qəzetlərin sırasında "Təzadlar" qəzeti özünün xüsusi dəsti-xətti ilə seçilən mətbuat orqanıdır. Hesab edirəm ki, "Təzadlar" qəzeti demokratik mətbuatın formalaşmasında, eləcə də cəmiyyətimizdə demokratiyanın, azadlığın, fikir plüralizminin inkişaf etdiriməsində mühüm xidmətlərə malikdir və o missiyanı bu gün də uğurla davam etdirir.

Azərbaycan mətbuatında özünəməxsus yeri olan "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzlini və qəzetin bütün əməkdaşlarını ürəkdən təbrik edir, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram.

İlham Rəhimov,

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor

Oxumağa davam et
Reklam
Reklam

Gündəm