Evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı
Bizi izləyin

Sosial

Evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Baş İdarənin Dövlət Yol Polisi əməkdaşlarının şəhər daxilində Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə mütədamadi olaraq reyd keçirilir.

Sonuncu keçirilən belə reyd zamanı, şəhər sakini Ramin Əhmədov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi aşkarlanıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı evə göndərilib, barələrində Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm