“Azəriqaz”da regional idarəyə yeni rəis təyin olundu
Bizi izləyin

Sosial

“Azəriqaz”da regional idarəyə yeni rəis təyin olundu

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olunub.

Publika.az-a “Azəriqaz”dan verilən məlumata görə, Birliyin baş direktorunun əmri ilə bu vəzifəni Azər Hacıbək oğlu Abasov icra edəcək. A.Abasov bu təyinata qədər “Azəriqaz” İB-nin Metrologiya Departamentinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin öncəki rəisi Rəşad Cavadov isə bu günlərdə Birliyin baş direktorunun satış üzrə müavini vəzifəsinə təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm