Toy mərasimi keçirmək istəyənlər məsuliyyətə cəlb olundular
Bizi izləyin

Sosial

Toy mərasimi keçirmək istəyənlər məsuliyyətə cəlb olundular

Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Səfikürd kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirlib ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Bildirilib ki, davam etdirilən tədbirlərlə rayonun Düzqışlaq kəndində isə yas mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb.

Polis əməkdaşlarının keçirdiyi digər müvafiq tədbirlər nəticəsində rayonun Şəfəq kəndində isə xınayaxdı məclisi keçirilməsinin qarşısı alınıb. Məclis iştirakçıları ilə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları onların nəzərinə çatdırılıb, bəziləri barədə iznibati protokol tərtib edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm