Bu xanıma YÜKSƏK VƏZİFƏ verildi - FOTO
Bizi izləyin

Sosial

Bu xanıma YÜKSƏK VƏZİFƏ verildi - FOTO

“Azərxalça” ASC-də mətbuat katibi vəzifəsində təyinat olub.

Bu vəzifə Xatuna Abdullayevaya həvalə edilib.

X.Abdullayeva bundan öncə Gənclər Fondunun "Gənclərin İnkişaf və Karyera Mərkəzi”ndə, “Discovery Azerbaijan magazine”də və Azərbaycan Dövlət Radiosunda çalışıb.

Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə onun nizamnamə və strukturu təsdiq edilib. Nizamnamə kapitalı 15 milyon manat olan Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm