Dövlət Komitəsi yanında İctimai Şuraya seçki keçirildi - FOTO
Bizi izləyin

Sosial

Dövlət Komitəsi yanında İctimai Şuraya seçki keçirildi - FOTO

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, aprelin 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Dövlət Komitəsi sədrinin 2021-ci il 9 fevral tarixli əmri əsasında seçki komissiyası yaradılıb. Komitə nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla, 9 nəfərdən ibarət seçki komissiyası seçkiləri təşkil edib. Komissiyanın protokoluna əsasən, şura üzvlərinin say həddi 13 nəfərdən ibarət təsdiq olunub.

Komitədən Publika.az-a verilən məlumata görə, sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 30 namizəd rəsmi qeydiyyata alınıb.

Dövlət Komitəsinə müraciətlər əsasında 175 nəfər səsvermədə iştirak etmək üçün qeydiyyata alınıb. Seçkidə 154 nümayəndə iştirak edib, 18 nəfər seçkiyə gəlməyib.

Seçki prosesinin sonunda səslər komissiya üzvləri tərəfindən hesablanıb. Seçkilərin şəffaflığını təmin etmək məqsədilə şəffaf seçki qutuları qoyulub, səsvermə prosesi başlanandan sona qədər kamera vasitəsi ilə videoya çəkilib. 151 bülleten yararlı, 3 bülleten yararsız hesab olunub. Seçki komissiyasının bir üzvü səsvermə prosesində iştirak etməyib.

Seçkilərin nəticəsinə əsasən, aşağıdakı şəxslər İctimai Şuranın yeni üzvləri seçiliblər:

1. Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Qasımov;

2. Cəbrayıl rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd Səbuhi Hüseynov;

3. “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov;

4. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva;

5. “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev;

6. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev;

7. “Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal;

8. Qubadlı rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd Təyyar Eminov;

9. “Region Plus” jurnalının baş redaktoru Namiq Mailov;

10. Azərbaycan Respublikası “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Samirə Hüseynova;

11. “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə;

12. Laçın rayon ağsaqqallarının təşəbbüs qrupunun namizədi Qəzənfər Hüseynov;

13. Vəkillər Kollegiyasının üzvü, "A.İ.M" Vəkil Bürosunun vəkili İsmayıl İsmayılov.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm