Sosial
Meksikanın Azərbaycandakı səfiri Milli Məclisdə oldu
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores aprelin 28-də Milli Məclisdə olub. Səfir Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, görüşdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafından danışıb. Qeyd edib ki, son bir ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, meksikalı parlamentarilərlə videokonfranslar vasitəsilə görüşlər keçirilib, telefon əlaqələri saxlanılıb, aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.
Səfir Xuan Rodriqo Labardini Flores həmin videokonfranslarda Meksika ilə Azərbaycan arasındakı iqtisadi-ticari əlaqələrə dair təqdimatlar etdiyini xatırladıb. Bildirib ki, bugünkü görüşdən də məqsəd iqtisadi-ticari əlaqələrimizin perspektivlərinə dair fikirləri bölüşməkdir.
Sakit Okean Alyansı (SOA) barədə ətraflı məlumat verən səfir Rodriqo Labardini 2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən təsis edilmiş SOA-nın 10 yaşının tamam olduğunu, ötən dövrdə Azərbaycanın təşkilata müşahidəçi statusu ilə qəbul edildiyini bildirib. SOA ölkələrinin əməkdaşlıq imkanlarından bəhs edib və təkliflər irəli sürüb. Azərbaycanla çoxşaxəli əlaqələr qurmaq, xüsusilə iqtisadi əlaqələri genişləndirmək, kənd təsərrüfatı və ticarət sahələrində əməkdaşlığı dərinləşdirmək, idxal-ixrac əməliyyatlarını şaxələndirmək niyyətində olduqlarını diqqətə çatdırıb. Diplomat, eyni zamanda, əməkdaşlığın inkişafında parlamentlərin rolunu qeyd edib.
Görüşdə işçi qrupunun üzvü Tural Gəncəliyev müzakirə olunan məsələlər barədə fikirlərini bölüşüb.
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı