"Bunun pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur" - Deputat
Bizi izləyin

Sosial

"Bunun pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur" - Deputat

"Ölkə prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata insanların maraq göstərməsini təbliğ etmədi. Həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır ki, insanlar normal şəkildə idmanla məşğul ola bilsinlər".

Publika.az xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməməlidir: "Bəzən ifadələrlə, jestlərə anlatmağa çalışır ki, nələri etmək vacibdir. Bizdə çevik jurnalistika da yoxa çıxmış kimidir. Olsaydı, Operativ Qərargahdakı səlahiyyət sahiblərindən ölkə prezidentinin idmanla bağlı verdiyi mesajı necə anladıqlarını dərhal soruşardılar. Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb idman zallarını açacaqlarmı?! Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər. Qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda, bu qərarın indiyədək normal izahını verərdilər".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm