Azərbaycanda bu şəxsə VƏZİFƏ VERİLDİ - FOTO
Bizi izləyin

Sosial

Azərbaycanda bu şəxsə VƏZİFƏ VERİLDİ - FOTO

Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Publika.az xəbər verir ki, bu barədə Neftçala Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni müdir təyin edilib.

Bu vəzifəyə Burcalı Əlican oğlu Ağayev təyin olunub.

Qeyd edək ki, Burcalı Ağayev 1979-cu ildə Neftçala şəhərində anadan olub. O, bundan əvvəl İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

2005-2012-ci illərdə rayonun Kürkənd kənd inzibati ərazi nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm